• cümə, 26 Aprel, 14:22
  • Baku Bakı 23°C

Meteohəssas insanlarda narahatlıq hissi yaranacaq

16.02.18 14:10 497
Meteohəssas insanlarda narahatlıq hissi yaranacaq
Bakıda və Abşeron yarımadasında fevralın 17-dəhavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə,havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 17-dəhavaşəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz cənub rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 17-18-də Abşeron yarımadasında rütubətlihavaşəraitinin üstünlüyü bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
banner

Oxşar Xəbərlər