• cümə axşamı, 28 mart, 17:00
  • Baku Bakı 16°C

Bakıda NATO-nun təlim kursu keçirilir

12.02.18 21:18 519
Bakıda NATO-nun təlim kursu keçirilir
Azərbaycanın Müdafiə Nazirliyi ilə NATO arasında 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində fevralın 12-dən Bakıda "Təlimlərin planlaşdırılması” mövzusunda təlim kursu başlayıb.
Nazirliyin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, Şimali Atlantika Alyansının Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təşkil edilən tədbirdə iştirakçılara NATO-nun komanda və qüvvə strukturu, təlimlərin konsepsiyası, planlaşdırılması, idarə edilməsi və keçirilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim ediləcək.
Fevralın 16-dək davam edəcək təlim kursunda müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.
banner

Oxşar Xəbərlər