Zakir Həsənov Kaspşiklə təmas xəttindəki vəziyyəti müzakirə edib
Müdafiə naziri, general-polkovnikZakir Həsənovbu günATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
MN-dən APA-ya verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.