• şənbə, 20 Aprel, 01:35
  • Baku Bakı 15°C

FHN: Alpinistlərin axtarışı davam edir

12.01.18 21:10 828
FHN: Alpinistlərin axtarışı davam edir
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də davam edib.

APA-nınFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, əməliyyatdaFövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak ediblər.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər