• çərşənbə axşamı, 19 mart, 18:04
  • Baku Bakı 8°C

2018 Formula 1 Azərbaycan Qran Prisi mövsümün ən yaxşı yarışlarından biri seçilib

05.12.18 16:04 816
2018 Formula 1 Azərbaycan Qran Prisi mövsümün ən yaxşı yarışlarından biri seçilib
2018-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı İngiltərənin məşhur "The Times” və "The Guardian” nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən "2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, televiziya auditoriyasında da builki Azərbaycan Qran Prisi bir çox yarışlardan üstün olub. Azərbaycan Qran Prisini dünya üzrə bütün həftəsonu yarışları daxil olmaqla 83 milyon insan izləyib.
Formula 1 yarışlarının təşkilatçısı "Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən izləyicilərin 76%-i Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən (70%) yuxarı olmaqla Bakı trasının reytinqdə 5-ci yeri tutduğunu göstərir. Bakı Şəhər Halqasından irəlidə yalnız Böyük Britaniya (90%), Avstriya (85%), Braziliya (81%) və Meksikadır (79%).
"Viasat” kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı ictimai sorğuya əsasən Azərbaycan Qran Prisi, ABŞ və Çin Qran Prilərindən sonra 3-cü yeri tutub.
Rəqəmsal platformalarda ortalama göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran Prisini 4,1 milyon unikal istifadəçi izləyib.Bu isə Avstraliya Qran Prisindən sonra mövsümün ikinci ən böyük göstəricisidir.
Məşhur nəşrlər öz məqalələrində bu ilki Azərbaycan Qran Prisini, "Red Bull” komandasının hər iki pilotunun iştirakı ilə qəza, həlledici dairədə bolidin təkərinin deşilməsi və bununla da Valtteri Bottasın qalibiyyətini itirməsi və digər həyəcanlı anlarla təsvir ediblər.
banner

Oxşar Xəbərlər