• cümə, 29 Mart, 16:16
  • Baku Bakı 14°C

2018-ci ilin büdcə layihələrinin Milli Məclisin komitələrində müzakirəsi davam edir

13.11.17 13:22 795
2018-ci ilin büdcə layihələrinin Milli Məclisin komitələrində müzakirəsi davam edir
Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisin komitələrində müzakirəsi davam etdirilir.
APA-nın məlumatına görə, layihələr Milli Məclisin daha 5 komitəsinin – Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.
Müzakirələrdə komitələrin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak edir. Komitələrin birgə iclası Milli Məclisin İnsan hüquqları komitəsinin sədriBahar Muradovasədrliyi ilə keçirilir.
Qeyd edək ki, komitələrdə büdcə müzakirələri bu gün başa çatacaq. Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər