• cümə axşamı, 28 mart, 21:43
  • Baku Bakı 13°C

2018-ci ildə Azərbaycanın sosial yönümlü xərcləri artacaq

28.12.17 10:45 641
2018-ci ildə Azərbaycanın sosial yönümlü xərcləri artacaq
Azərbaycanın dövlət büdcəsi ənənəvi olaraq sosial-yönümlüdür.
Bu barədə ölkənin maliyyə naziri Samir Şərifov AZTV-yə açıqlamasında deyib.
"Azərbaycan inkişafda olan bir dövlətdir və bir çox məsələlərin həllinə artıq nail olunub, özü də son 10-15 il ərzində, buna baxmayaraq bir sıra məsələlər hələ də mövcuddur. Bizim investisiya xərclərimizi təhlil etsək, görərik ki kifayət qədər yüksək olub. Bununla belə sosial yönümlü xərclər bir qayda olaraq üstünlük təşkil edir. Bunlara dövlət başçısı tərəfindən xüsusi diqqət yetirilir.”
Nazir həmçinin qeyd edib ki, 2018-ci ilin büdcəsində sosial yönümlü xərclərin həcmi 7,7 milyard manat təşkil edir: "Bu da cari illə müqaisədə təxminən 650 milyon manat çox deməkdir. Bu onu göstərir ki, növbəti ildə sosial yönümlü xərclərə əlavə vəsait ayrılacaq. Sosial yönümlü xərclər ilk növbədə əmək haqqıdır, sosial təminat məsələləridir, pensiya haqqıdır və bunların xüsusi çəkisi büdcədə ənənəvi olaraq kifayət qədər yüksəkdir. Təkcə əmək haqqı fondu üzrə bizim 4,2 milyard xərclərimiz mövcuddur. Sosial təminat xərcləri də, təxminən 6 milyard manatdan yuxarı təşkil edən bir məbləğdir.”
S.Şərifov deyib ki, ölkənin təhsil xərcləri ənənəvi olaraq böyük çəkiyə malikdir: "Gələn il 2 milyard səviyyəsində olacaq. Bu illə müqaisədə 211 milyon manat çoxdur.”
Nazir həmçinin deyib ki, 2018-ci il dövlət büdcəsində sosial mənzillərin tikilməsi ilə əlaqədar ilkin vəsaitlər nəzərdə tutulub. "Gələn il, bu istiqamətə 250 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.”
banner

Oxşar Xəbərlər