• cümə axşamı, 25 aprel, 09:11
  • Baku Bakı 14°C

2018-ci ildə Azərbaycanda məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub

23.05.19 14:00 625
2018-ci ildə Azərbaycanda məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub
Məişət zorakılığı halları ailə üzvləri tərəfindən törədildiyi üçün bir qayda olaraq təkrarlanır.
Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, 2017-ci ildə dünyada məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib.
Rəis müavini bildirib ki, 2018-ci ildə Azərbaycanda məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub: "Onlardan 15-nin icrası təmin edilib. İcra sənədlərinin 7-si məhkəmələr tərəfindən verilən uzunmüddətli, 12-i isə yerli icra orqanları tərəfindən verilmiş qısamüddətli orderlərdir".
S.Kazımov hesab edir ki, məişət zorakılığının qarşısının alınması yollarından biri də konfliktin barışıq yolu ilə aradan qaldırılması və ailənin qorunması metodudur: "Fikrimcə, məişət zorakılığı qurbanlarının iqtisadi zərərlərinin hesablanması metodologiyasına mənəvi zərərin əmsal kimi əlavə edilməsi məqsədəuyğunluğunun öyrənilməsi də vacibdir".
banner

Oxşar Xəbərlər