2018-ci ildə Azərbaycan terrorçuluqla mübarizədə fəal iştirak edib

2018-ci ildə Azərbaycan terrorçuluqla mübarizədə fəal iştirak edib

Təfsilat
04 Noyabr 2019, 12:30 473
2018-ci ildə Azərbaycan terrorçuluqla mübarizədə fəal iştirak edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin müxtəlif ölkələrin terrorçuluqla mübarizədə atdığı addımlar barədə illik hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2018-ci ildə Azərbaycan hökuməti öz ərazisindən və dəniz sərhədlərindən, eləcə də bütünlüklə Cənubi Qafqazda insan, pul və material daşınması ilə məşğul olan terror qruplaşmalarının səylərinin qarşısının alınması üzərində fəal işləyib: "Azərbaycan hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması üzrə əməliyyatlar keçirib, terrorçuluqda ittiham olunan şəxsləri, eləcə də ölkə xaricində terror qruplaşmalarının tərkibində döyüş əməliyyatlarında iştirak və onları maliyyələşdirən vətəndaşları həbs edib və məsuliyyətə cəlb edib”.

Hesabatda bildirilir ki, 2018-ci ildə Azərbaycanda terror aktları qeydə alınmayıb: "2018-ci ildə Azərbaycanda hüquq-mühafizə orqanlarının maliyyə tranzaksiyaları mexanizmləri üzərində nəzarət səlahiyyətlərini artıran düzəlişlər qəbul edilib. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri ölkə ərazisində terror aktlarının aşkar olunması və qarşısının alınması üzrə adekvat bacarıqlar nümayiş etdirib. Azərbaycan ölkəyə daxil olarkən terror və kriminal siyahıdan, həmçinin biometrik məlumatlardan istifadə edib. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri öz aralarında, eləcə də regional və beynəlxalq tərəfdaşlarla məlumat mübadiləsi keçirir”.