• cümə axşamı, 25 aprel, 12:37
  • Baku Bakı 23°C

2018-ci il üçün bəzi istiqamətlər üzrə xərclər artırılıb

01.12.17 17:10 4167
2018-ci il üçün bəzi istiqamətlər üzrə xərclər artırılıb
"Prezidentİlham Əliyevin tapşırığı əsasında bir sıra təşkilatların büdcələri üzrə xərclərin artırılması üçün, o cümlədən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərin aylıq vəzifə maaşlarına prezident əlavəsinin tətbiqi ilə əlaqədar, Azərbaycan RespublikasınınEnergetika Nazirliyinin və Polşada Açılacaq Ticarət Nümayəndəliyinin bəzi xərclərin tənzimlənməsi üçün əlavə vəsait ayrılacaq”.
"APA-Economics”in məlumatına görə, bunuMilli Məclisin plenar iclasında maliyyə naziriSamir Şərifovdeyib. O bildirib ki, Bakı şəhərində sahibsiz heyvanların idarə olunması probleminin həlli üçün də əlavə vəsaitin ayrılması nəzərdə tutulub: "Bu məsələlərlə əlaqədar əlavə 3,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsil bölməsindəTəhsil Nazirliyinin sair xərclər maddəsində nəzərdə tutulmuş vəsaitin 46 milyon manatının təyinatı dəyişdirilərək tələbələrə verilən təqaüdlər xərc maddəsinə yönəldiləcək. Beləliklə, 2018-ci il üçün həmin maddə üçün xərclər 70 milyon manata çatdırılacaq ki, bu da cari il ilə müqayisədə 11,3 milyon manat və ya 19,3% çoxdur. Hesab edirik ki, bu da 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı təqaüdlərlə bağlı yaranmış anlaşılmazlıqları tam aradan qaldırır”.
banner

Oxşar Xəbərlər