AZE | RUS | ENG |

2018-2019-cu illərdə 25 min iş üzrə pulsuz hüquqi yardım göstərilib

2018-2019-cu illərdə 25 min iş üzrə pulsuz hüquqi yardım göstərilib
Son dövrlər Azərbaycanda vəkillik institutunun təkmilləşdirilməsi, nüfuzunun artırılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatı tam yenilənib, işlərin səmərəliliyinin artırılması məqsədilə struktur dəyişikliyi aparılıb. Belə ki, sənəd dövriyyəsi elektronlaşdırılıb, kollegiyanın qurumları olan Vəkillərin İxtisas və İntizam komissiyalarının fəaliyyəti təkmilləşdirilib, komissiyaların katiblikləri yaradılıb. Ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə, vəkil qurumlarının sayı isə 39-dan 81-dək artıb.
"Ötən müddətdə respublikanın müxtəlif bölgələrində, şəhər və rayonlarında hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə Vəkillər Kollegiyasının təşkilatçılığı ilə vəkillər tərəfindən pulsuz hüquqi xidmətlər göstərilib. 2018-2019-cu illər ərzində pro-bono (pulsuz) 25 min iş üzrə hüquqi yardım xidmətləri göstərilib. Həmçinin hüquqi yardım xidmətləri vəkillərin az olduğu regionları əhatə etməklə səyyar formada da həyata keçirilib. Bu xidmətlər 25 şəhər və rayonda keçirilməklə demək olar ki, bütün ölkəni əhatə edib”, - deyə Vəkillər Kollegiyasının sədri vurğulayıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289