• cümə axşamı, 18 aprel, 21:35
  • Baku Bakı 21°C

Sabaha olan hava proqnozu açıqlanıb

16.12.17 14:15 2242
Sabaha olan hava proqnozu açıqlanıb
Dekabrın 17-də Bakıda və Abşeron yarımadasındahavaşəraitinin buludlu, gün ərzində arabir çiskinli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentininAPA-ya verilən məlumatına görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 17-də havaşəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər