• cümə, 29 Mart, 01:56
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

12.12.17 10:15 2127
Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan prezidentiİlham ƏliyevFəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, prezidentİlham ƏliyevHeydər Əliyev məzarı önünə əklil qoyub.

Sonra dövlət himni səslənib.

Prezident akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ziyarətdə dövlət və hökumət üzvləri,Milli Məclisin deputatları, komitə, şirkət və idarə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 14 il keçir.
banner

Oxşar Xəbərlər