• cümə, 29 Mart, 04:39
  • Baku Bakı 7°C

Milli Məclisin plenar iclası başlayıb

01.12.17 12:05 2664
Milli Məclisin plenar iclası başlayıb
Bu günMilli Məclisinin növbəti plenar iclası başlayıb.
"APA-Economics" xəbər verir ki, spikerOqtay Əsədoviclası açıq elan edib.
Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər günün ikinci yarısında müzakirə olunacaq.
İclasın gündəliyinə 31 məsələ daxildir. Bunlar Azərbaycanın 2018-ci il üzrə dövlət büdcə zərfinə daxil olan məsələlər, İnzibati Xətalar, Cəzaların İcrası, Cinayət Prosessual, Miqrasiya məcəllələrinə, "Kütləvi İnformasiya Vasitələri haqqında”, "Telekommunikasiya haqqında”, "Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” (üçüncü oxunuş) qanun layihəsi və digər məsələlərdir.
Bunların arasında Azərbaycanın noyabrın 21-23-də müzakirələrdən sonra verilən təkliflərə baxılması üçün hökumətə təqdim edilən 2018-ci il üzrə dövlət büdcə zərfi də var.
Qeyd edək ki, 2018-ci il büdcə zərfinə daxil olan məsələlər 21-23 noyabrMilli Məclisdə müzakirə olunaraq təkliflərə baxılması üçünNazirlər Kabinetinə təqdim olunub, dekabrın 1-nə kimi cavab verilməsi üçün vaxt müəyyənləşdirilib.
banner

Oxşar Xəbərlər