• çərşənbə axşamı, 19 mart, 06:48
  • Baku Bakı 8°C

İlk dəfə xanım jurnalistlər arasında müsabiqə keçirilir

15.01.18 15:00 8690
İlk dəfə xanım jurnalistlər arasında müsabiqə keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzeti 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə xanım jurnalistlər arasında fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

"Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirilən müsabiqəyə yazıların qəbulu 08 dekabr 2017-ci il tarixində başlayır, 8 fevral 2018-ci il tarixində başa çatır.

Elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində - qəzet, jurnal və informasiya agentliklərində fasiləsiz çalışan xanım jurnalistlər müsabiqəyə yazı verə bilərlər.

Müsabiqənin şərtlərinə görə, hər xanım jurnalistin Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında (9-11 min işarə) həcmində dərc olunan yalnız bir yazısı qəbul olunacaq. Yazının sonunda "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.

Mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, ictimai maraqların müdafiəsi yazıların dəyərləndirilməsində meyar kimi götürülür. Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir.

Müsabiqənin qaliblərinə – I, II, III yerin sahiblərinə qiymətli hədiyyələr və pul mükafatı nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu
və "Kaspi" qəzeti
8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə
xanım jurnalistlər arasında
"Azərbaycanın maarifçi qadınları"
mövzusunda fərdi jurnalist yazıları müsabiqəsini elan edir.

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan xanım jurnalistlər iştirak edə bilərlər.
Yazılar və sənədlər 8 dekabr 2017-ci il tarixindən 8 fevral 2018-ci il tarixinədək qəbul edilir.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Müsabiqəyə hər xanım jurnalist yalnız bir məqalə təqdim edə bilər.
2. Məqalə elan edilmiş mövzuya uyğun olmalıdır.
3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən və Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
5. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılmış, adı Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı”ya düşmüş və ya "qara siyahı”dan çıxarılmış (1 il müddətində), Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış (son 6 ay müddətində) mətbu orqanında dərc edilmiş yazılar müsabiqəyə qəbul edilmir.
6. İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.
7. Yazılar tələb olunan sənədlər tam şəkildə təqdim olunmadığı və ya həqiqəti əks etdirmədiyi halda müsabiqəyə buraxılmır.

Yazıların qəbul qaydaları
1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal)– 1 nüsxə
2. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir)– 3 nüsxə
3. Yazının elektron variantı (Arial (12) şriftində - CD) –1 nüsxə
4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır(9-11 min işarə).

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər
1. İştirakçı haqqında məlumat cədvəli
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Şəxsi VÖEN və surəti və şəxsi bank rekvizitləri (qaliblər üçün)

Qeyd: Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır

Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Qeyd: Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir (hər bir meyar üzrə 2 bala qədər).

Müsabiqəyə təqdim olunmuş yazı müəlliflərinin mükafatlandırılması
Müsabiqənin qaliblərinə – I, II, III yerin sahiblərinə qiymətli hədiyyələr və pul mükafatı nəzərdə tutulub.

İştirakçı haqqında məlumat cədvəli
(müəllif tərəfindən doldurulur)


Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 23, II mərtəbə
Əlaqə telefonları: (012) 539 11 91; (012) 539 10 12;
Elektron ünvan: [email protected]

Sayt:www.bilikfondu.gov.az

Təşkilat komitəsi

banner

Oxşar Xəbərlər