• cümə axşamı, 25 aprel, 12:51
  • Baku Bakı 23°C

Sabaha olan hava proqnozu açıqlanıb

16.11.17 14:30 1920
Sabaha olan hava proqnozu açıqlanıb
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasındahavaşəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya bildirilib ki, gün ərzində yarımadanınbəzi yerlərində arabir çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-12° isti, gündüz 15-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 19-dək Abşeron yarımadasında mülayimhavaşəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.
banner

Oxşar Xəbərlər