• cümə, 19 Aprel, 02:42
  • Baku Bakı 18°C

Bəzi yerlərdə yağış yağacaq

23.10.17 13:27 2620
Bəzi yerlərdə yağış yağacaq
Oktyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz 17-20° isti, Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər