• cümə, 29 Mart, 00:07
  • Baku Bakı 7°C

Hava yağmursuz keçəcək, duman olacaq

05.10.17 13:20 790
Hava yağmursuz keçəcək, duman olacaq
Oktyabrın 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim cənub küləyi əsəcək.
ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-19° isti, Bakıda gecə 9-11°, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-12°, gündüz 16-21° isti, dağlarda gecə 1-4°, gündüz 6-11° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər