• cümə, 29 Mart, 10:21
  • Baku Bakı 5°C

“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir

23.09.17 15:30 872
“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir
"TurAz Qartalı - 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, sentyabrın 18-dən başlayan təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri, Mi-35, Mi-17 və Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.
Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.
Təlimlər sentyabrın 30-dək davam edəcək.
banner

Oxşar Xəbərlər