• şənbə, 20 Aprel, 10:39
  • Baku Bakı 14°C

Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

16.09.17 09:15 808
Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək
Sentyabrın 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dənAZƏRTAC-a bildiriblər ki, diskontlu, sənədsiz, adlı istiqrazların ümumi həcmi 15 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2018-ci il sentyabrın 18-dir. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.
banner

Oxşar Xəbərlər