AZE | RUS | ENG |


Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq
Sentyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Şimal-şərq küləyi əsəcək.
 
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə  18-22° isti, gündüz  28-32° isti, Bakıda gecə  20-22°, gündüz  29-31° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 70-75 %, gündüz  45-50 % olacaq. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 14-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, yağış yağacağı gözlənilir. 
 
Gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə  18-23° isti, gündüz  30-35°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN