• cümə axşamı, 18 aprel, 16:56
  • Baku Bakı 22°C

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək

05.09.17 09:40 1749
Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək
Rusiyanın Nijnevartovsk şəhərində "Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək. Sözügedən festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək.
TeatrdanAZƏRTAC-a bildirilib ki, oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar Artist Şövqi Hüseynov Patrik Züskindin "Kontrabas” monotamaşası ilə səhnəyə çıxacaq. Səhnə əsəri oktyabrın 27-də təqdim olunacaq. Tamaşa indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında müxtəlif mükafatlara layiq görülüb.
Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin də teatrları iştirak edəcək.
banner

Oxşar Xəbərlər