• cümə, 26 Aprel, 22:48
  • Baku Bakı 22°C

Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq

15.08.17 14:22 929
Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq

Avqustun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) APA-ya verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-34° isti olacağı, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

banner

Oxşar Xəbərlər