• cümə, 29 Mart, 04:11
  • Baku Bakı 7°C

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

03.08.17 13:50 731
Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Avqustun 4-də Bakıda və Abşeron yarımadasındahavadəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli azyağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun gecə 23-26° isti, gündüz 33-38° isti,Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında yağmursuz, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın hərarətinin gecə 21-26° isti, gündüz 35-40° isti,dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər