• bazar ertəsi, 23 dekabr, 01:35
  • Baku Bakı 9°C

Binəqədi rayonunda hesabat yığıncağı keçirilib - Fotolar

24.07.17 13:00 1520
Binəqədi rayonunda hesabat yığıncağı keçirilib - Fotolar
Binəqədi rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Hesabat yığıncağını açıq elan edən Binəqədirayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov Nazirlər Kabinetinin 2017-ci ilinbirinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunaniclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdənsöz açıb. Natiq bu ilin altı ayı ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən də danışıb. Bildirib ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə davam edir.

İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov hesabat məruzəsi ətrafında çıxış edərək bildirib ki, Binəqədi ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin 2 rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir: "Həyata keçirilən yenidənqurma işləri çərçivəsində 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı binanın arxa hissəsindəki yaşıllıq zolağı abadlaşdırılıb, ərazidə söhbətgah, uşaq oyun elementləri quraşdırılıb, yaşıl çəmən örtüyü salınıb, tamet daşı düzülüb, 195 kv.m asfalt örtüyü çəkilib və müxtəlif növ bəzək kolları əkilib. Hamımıza məlumdur ki, rayonumuzda ciddi narazıçılıq doğuran məslələrdən biri də yağış zamanı drenaj sistemini olmaması səbəbindən Binəqədi şossesində güclü subasmaların əmələ gəlməsi idi. Pprezident İlham Əliyevin tapşırığına və sərancamına uyğun olaraq yağış sularınım ötürülməsi üçün drenaj sisteminin quraşdırılması işi artıq başa catmaq üzrədir. Şossenin 4-cü qapı adlanan hissəsində lahiyə smeta işləri başa çatıb və bu yaxınlarda orda da drenaj sistemini quraşdırlması işinə başlanılacaq”.

V.İsmayılov bildirib ki, bütün bu işlər tamamlandıqdan sonra "Azəravtoyol” ASC tərfindən yolun yenidən çəkilməsi və asfaltlanması işləri həyata keçiriləcək. O, qeyd edib ki, "Azəravtoyol" ASC tərəfindən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi işlərinə də başlanılıb: "Yolun uzunluğu 14 km, mövcud eni 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Ümumilikdə, yolun 170 min kv. metrsahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 km-lik hissəsi artıq hazırdır. Bu hissə tam olaraq asfaltlanıb, 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunmuşdur. Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaqdır. Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaqdır”.

Yığıncaqda hesabat məruzəsi ətrafında çıxış edənlər Ekologiya və təbii sərvətlər departamentinin direktoru Əlişah Rəcəbov və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov ikinci rüb ərzində ölkəmizin, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən danışıblar və qarşıda duran vəzifələri müzakirə ediblər.

Sonra Şura iclasının qərar layihəsi oxunub.

İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov qarşıda duran vəzifələrdən danışıb, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib. RİH başçısı məmurların daha səy və məsuliyyətlə işləməsi, vətəndaşların problemlərinin həllində fəal olmasının ən zəruri vəzifə olduğunu vurğulayıb. Natiq bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyyəsinin azaldılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluqsəviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirilməsi qarşıya məqsəd qoyulub.



banner

Oxşar Xəbərlər