• cümə axşamı, 28 mart, 14:11
  • Baku Bakı 16°C

Lavrov və Tillerson arasında telefon danışığı olub

26.06.17 23:16 1472
Lavrov və Tillerson arasında telefon danışığı olub
Rusiya xarici işlər naziriSergey Lavrovvə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.
"Söhbət zamanı tərəflər, atəşkəs rejiminin möhkəmləndirilməsi daxil olmaqla, Suriyada münaqişənin nizamlanması, terror qruplaşmalarına qarşı mübarizədə səylərin artırılması məsələlərini müzakirə edib, kimyəvi maddələrdən istifadə hallarının qarşısının alınmasının vacibliyini vurğulayıblar”, məlumatda deyilir.
Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.
banner

Oxşar Xəbərlər