• cümə axşamı, 25 aprel, 03:45
  • Baku Bakı 19°C

“DÇ-2018”-in seçmə mərhələsinin növbəti oyunları keçirilib

12.06.17 09:30 1449
“DÇ-2018”-in seçmə mərhələsinin növbəti oyunları keçirilib
Bu gün DÇ-2018-in seçmə mərhələsində VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, D, G və İ qrupunda oyunlar baş tutub.
D qrupunda lider Serbiya Uelslə xalları bölüb. Serblərlə eyni xala malik, ancaq ikinci pillədə qərarlaşmış İrlandiya da Avstriya ilə bərabərə qalıb. Qrupun autsayderləri Gürcüstanla Moldova da digərlərindən fərqlənməyiblər.
G qrupunda İspaniya Makedoniyanı, ikinci İtaliya isə zəif Lixtenşteyni məğlub edib. İsrail - Albaniya matçı qonaqların rahat qələbəsi ilə yekunlaşıb.
İ qrupunun lideri Xorvatiya izləyicisi İslandiyaya uduzub. Ukrayna Finlandiyanı, Türkiyə isə Kosovanı xalsız qoyub.
DÇ-2018-in seçmə mərhələsi
VI tur
11 iyun
D qrupu
İrlandiya – Avstriya - 1:1
Qollar:Valters, 85 - Hintereger, 31
Moldova – Gürcüstan - 2:2
Qollar:Ginsari, 15, Dedov, 36 - Merabaşvili, 66, Kazaişvili, 70
Serbiya – Uels - 1:1
Qollar:Mitroviç, 74 - Remzi, 35 (penalti)
G qrupu
Makedoniya – İspaniya-1:2
Qollar:Ristovski, 66 - David Silva, 15, Dieqo Kosta, 27
İtaliya – Lixteynşteyn-5:0
Qollar:İnsinye, 35, Belotti, 52, Eder, 74, Bernardeski, 83, Qabbiadini, 90+5
İsrail – Albaniya-0:3
Qollar:Sadiku, 22, 44, Memuşay, 72
İ qrupu
Finlandiya – Ukrayna - 1:2
Qollar:Pohjanpalo, 72 - Konoplyanka, 51, Besedin, 75
İslandiya – Xorvatiya-1:0
Qol:Maqnusson, 90
Kosova - Türkiyə-1:4
Qollar:Rrahmani, 22 -Volkan Şen, 7, Cengiz, 31, Burak, 60, Ozan, 82
banner

Oxşar Xəbərlər