AZE | RUS | ENG |


Fransanın “Beur FM” radiosunda IV İslam Həmrəyliyi Oyunlarından danışılıb

Fransanın “Beur FM” radiosunda IV İslam Həmrəyliyi Oyunlarından danışılıb
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov "BeurFM” radiosunda ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumat verib.

Səfir IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkənin iştirak etdiyini, oyunların açılış mərasiminin Bakı Olimpiya stadionunda təntənəli şəkildə keçirildiyini bildirib.

Qeyd edib ki, 10 gün davam edəcək oyunlarda atletlər 22 idman növü üzrə birincilik uğrunda mübarizə aparacaq. 2015-ci ildə birinci Avropa Oyunlarına və iki il sonra IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın dialoq, multikulturalizm, tolerantlıq və qarşılıqlı hörmət məkanı olduğunu göstərir.

Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam imzaladığı vurğulanıb.

Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası dialoq platforması kimi tanındığı, 10 ildir ölkənin Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsi diqqətə çatdırılıb.

Bildirilib ki, IV İslam Həmrəyliyi Oyunlarının əsas məqsədi İslam ölkələri arasında həmrəyliyi, birliyi təşviq etməkdir. Dünyəvi ölkə olan Azərbaycanda bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığı diqqətə çatdırılıb.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Ölkəmizin münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bildirən diplomat Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin olduğunu, Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi tanındığını bildirib.

Veriliş zamanı aparıcılar IV İslam Həmrəyliyi Oyunlarının internet səhifəsi haqqında məlumat veriblər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7072
GBP 1 İngilis funt sterlinqi 2.2065
TRY 1 Türk lirəsi 0.4824
KWD 1 Küveyt dinarı 5.6202
SEK 1 İsveç kronu 0.2069
EUR 1 Avro 1.9783
CHF 1 İsveçrə frankı 1.7884
USD 1 ABŞ dolları 1.7012