• cümə axşamı, 28 mart, 22:48
  • Baku Bakı 13°C

Jurnalistlər üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirildi

16.05.17 13:30 1293
Jurnalistlər üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirildi
10 aprel – 12 may tarixlərində Mərkəzi Bank ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün "Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirib.
Azərbaycan Diplomatiya Akademiyasının və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyi ilə keçirilən təlimlərdə əsas məqsəd media nümayəndələrinin KİV-də aktual olan və Mərkəzi Bankın missiyası ilə əlaqəli olan müxtəlif iqtisadi mövzulara dair biliklərini zənginləşdirmək, ölkədə aparılan iqtisadi islahatlara və müxtəlif iqtisadi mövzulara dair xəbərlərin ictimaiyyətə daha peşəkar ötürülməsini təmin etməkdən ibarət olub.
İştirakçılara Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri, pul siyasətinin məqsədi və rejimləri, pul siyasətinin əməliyyat çərçivəsi, maliyyə sabitliyi, tədiyə balansı, ödəniş sistemlərinin inkişafı, nağd pul dövriyyəsinin idarə olunması, mərkəzi bankların kommunikasiyası, beynəlxalq iqtisadiyyat və s. mövzulara dair ətraflı məlumatlar verilib. Mövzuların lazımi səviyyədə çatdırılması üçün seminarlar interaktiv şəkildə aparılmış, praktiki nümunələrlə, yığım oyunu ilə dəstəklənmiş və jurnalistlərin mövzulara dair sualları cavablandırılıb.
Yekunda təlimdə əhatə olunmuş mövzulara dair qiymətləndirilmə aparılıb və iştirakçılara sertifikatlar təqdim olunub.
banner

Oxşar Xəbərlər