İrəvanda xal qalmadı...
"Dərisi ağ
qulların ən pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur.
Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər”
Adam
Melts-İsveç səyyahı
Hər zaman türk torpaqlarına göz dikmiş mənfur ermənilər
əsrlərdir ki, öz bədxah niyyətlərini həyata keçirmək üçün hər cür iyrənc əməllərə
əl atırlar. 1905-1906, 1918, 1948, 1988, 1990-cı illər və bu günə qədər vəhşi
ermənilər azəri xalqına qarşı durmadan təxribat törədib, onları dədə-baba
yurdlarından didərgin salıb, torpaqlarımızı mənimsəyib, dağıtdıqlarını dağıdıb,
oğurladıqlarını oğurlayıb, əsir apardıqlarını aparıb...və bu günəcən içlərindəki
murdar xislətlərindən vaz keçməyiblər. Hər fürsətdə torpaq iddiası edir,
musiqimizi, milli mətbəximizi özününkiləşdirmək istəyir, tarixi saxtalaşdıraraq
yenidən yazmağa cəhd edirlər...
Mayın 8-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrı şair-dramaturq Hidayətin İrəvan həqiqətlərini əks etdirən "İrəvanda
xal qalmadı” tarixi dramını yeni quruluşda və redaktədə təqdim etdi.
Tamaşasının ayın 8-də göstərilməsi heç də təsadüfi seçilməmişdi. Məhz həmin gün
1992-ci ildə Qarabağımızın göz bəbəyi, Şərqin konservatoriyası sayılan
Şuşamızın işğalından 25 il ötürdü. Hər birimiz üçün bu gün qara hərflərlə yazılıb.
Təkcə bu gün deyil, rayonlarımızın işğal günləri bütün azəri xalqının qəlbində
matəm günüdür.
Tamaşa
haqqında
Qaçqın teatrı olan İrəvan Teatrımızın bu tamaşası
Akademik Milli Dram Teatrında göstərildi. Tamaşanın
quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir. Rolları Əməkdar
Mədəniyyət İşçisi İftixar Piriyev, Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əjdər
Zeynalsov, Əhliman Ərşadlı, Niyaməddin Səfərəliyev, Zülfiyyə İsmayılova, Emin
Sevdiməliyev, Əmrulla Nurullayev, Rövşən Cəfərov, Ceyhun Əliyev, Şəbnəm Cəbrayılova,
Elçin Hacıyev, Tural Xəlilzadə, Məryəm Qələndərova, Sevinc Hüseynova, Ayşən
Mirzəyeva və Ruhiyyə Eyvazova ifa edirdilər. Tamaşa ötən əsrin 80-ci illərində
Azərbaycanın tarixi şəhərlərindən olan İrəvanda yaşayan həmvətənlərimizin milli
zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edirdi. Əsərin əsas məğzi
bu olsa da, əsas hadisə kimi yazıçı Sultanın yazdığı "Yurd” romanı, ona veriləcək
dövlət mükafatı və Sultanın ətrafında cərəyan edən hadisələr kontekstində cəmlənmişdir.
Əsərdən oxucuya
Tamaşadan seyrçiyə...
Tarix boyu Azəri türkləri öz
övladlarını mərd, igid böyütmüşlər. Onları beşikdə ana laylası ilə uyutmuşlar.
Amma körpəyə onun düşmənini vaxtında göstərmədiyindən, qəlbində kin
oyatmadığından əsrlərlə bunun peşmançılığını çəkmişlər. Həmin müddətdə isə, həmişə
onun-bunun köləsi olmuş ermənilər türkü özlərinə düşmən bilmiş və yeni doğulan
körpələrinə bunu təlqin etmişlər. Tamaşanın əvvəlində də qara geyimdə
başlarında xaç şəklində təsvir olunan ermənilər yeni doğulan körpənin qulağına
elə ilk bunu pıçıldayırlar: "Türk sənin düşmənindir”. Tək bu yox, əsrlər boyu
yalnız azəriləri deyil, bütün türk sərkərdələrini, sultanlarını, xaqanlarını,
türk dövlətlərini çökdürən, araya ixtilaf salan xristian qadınları olmuşlar. Elə
bizim özümüzdə də illərlə erməni qadınlarını özlərinə xanım edən kişilərimiz
sonda ya onların köləsinə çevrilib, ya da lazımsız əşya kimi tərk ediliblər.
Yazıçı Sultan Oğuz da vaxtilə onu
çox sevən azəri qızı Firəngizin (Zülfiyyə İsmayılova) məhəbbətinə biganə olub,
kor-koranə erməni qızı ilə evlənib, indi isə evdən qovulub, yurdsuz yuvasız
qalıb. Lakin yenə də küçədə rast gəldiyi yalançı erməniyə kömək əlini uzadacaq
qədər xeyirxah biridir. Çünki o bir türkdür. Amma milisin işgəncəsindən ermənini
qurtararkən özü həmin milisin qəzəbinə tuş gəlir. Hər zaman yalanları ilə
dünyaya car çəkən ermənilər tamaşada milisin timsalında göstərilir: öz paqonunu
söküb yerə atır, papağını tullayır, öz-özünə işgəncə verərək gələn rəisinə
türkün bunu etdiyini bildirib onu həbsə atdırmaq istəyir. Hətta "Qobusnamə”də
belə bir kəlam var: "Ermənilərin eybi:bədfəl,
kündə bədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan,
yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir”.
Lakin Sultanın məsləhətinə baxmayan Emil (Niyaməddin Səfərəliyev) də erməni qızı Sonaya evlilik təklif edir və sonda erməni gülləsinə tuş
gəlir. Dramaturq və rejissor bununla göstərmək istəyir ki, bizim ən böyük bəlalarımızdan
biri də elə budur ki, səhvlərimizdən nəticə çıxarmırıq, eyni səhvləri yenə təkrar
edirik...
Bəzi çatışmayan məqamlar...
Düzdür, başda qeyd edilməlidir ki,
İrəvan Teatrının kollektivi təmirsiz binada, ağır şəraitdə tamaşalar hazırlayır
və bu tamaşaları özgə teatrların səhnələrində oynamalı olurlar. Amma bununla
yanaşı, əllərindən gələni edirlər ki, bunun özünə də böyük alqış düşür.
Lakin təəssüf ki, "İrəvanda xal
qalmadı” tamaşası fikrimizcə bəzi çatışmazlıqlardan da xali deyildi. Tamaşanı
izləyərkən bəzən qəribə bir boşluğa düşürsən. Dəqiq bilmədim bu əsərdəndir, ya
ki, tamaşadan... Tamaşa sanki ayrı-ayrı səhnələrdən ibarət bədii-kompozisiya
idi. Əslində, bu da bir formadır və belə də ola bilərdi, amma və lakin...bir şərtlə
ki, səhnələr arasında rabitə-əlaqə qırılmayaydı. Bəzi aktyorların oyununda da
sönüklük vardı. Düzünə qalsa bircə cani-ürəkdən o acını yaşayan yazıçı Sultan
(Əjdər Zeynalov) idi. Aktrisalar ümumiyyətlə
nədənsə nigaran görünürdü, hərəkətlərində, davranışlarında bir narahatlıq,
sıxıntı hiss olunurdu – bu hətta özünü bəzən quraşdırılmış dəmir pilləkənə
ilişmələrdə, ani büdrəmələrdə büruzə verirdi.
Finalda tamaşada rəmzi Tarix
obrazını canlandıran İftixar Piriyev diz çökərək seyrçilərin timsalında azəri
xalqına müraciət etdi, onları Vətəni sevməyə çağırdı, tez bir zamanda
Qarabağımıza, Zəngəzura, İrəvana, Göyçəyə və bütün işğal olunmuş ata-baba
torpaqlarımıza qovuşmağı arzuladı, bu torpaqları düşmən tapdağından azad edərək
qəbri dağıdılmış babalarımızın ruhlarını şad etməyə, şəhid olmuş oğulların
qanını yerdə qoymamağa və heç olmasa yeni doğulmuş körpələrimizə yatmazdan öncə
qulağına "Sən Türksən, Sən Böyük Türksən!” deyə pıçıldamağa səslədi...
Və biz də bütün bu arzulara Amin
deyirik.
P.S. Ancaq bütün bunların olması
üçün hər bir azərbaycanlının qanında vətənə
sevgi olmalıdır. Çox təəssüflər olsun ki, bu sözlər bitər-bitməz, tamaşa hələ
qurtarmamış seyrçilərin bəziləri zalı tərk etdilər. Nə qədər ki, bu sözlərə belə
biganə baxanlar olacaq, nə qədər ki, eşidib unudacaqlar, nə qədər ki, birlik
olmayacaq, o qədər də yuxuda yatacağıq... və o qədər də İrəvanda xal
qalmayacaq...
Nigar Pirimova
Teatrşünas