• çərşənbə axşamı, 19 mart, 06:31
  • Baku Bakı 8°C

Hava yağıntılı olacaq

28.04.17 15:00 1069
Hava yağıntılı olacaq
Aprelin 29-da Bakıda və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
ETSN-dənAPA-ya bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-19° isti, Bakıda gecə 9-11° isti, gündüz 17-19° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 1-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarındahavaşəraitinin əsasən yağmursuz olacağı, səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
banner

Oxşar Xəbərlər