• şənbə, 20 Aprel, 12:08
  • Baku Bakı 23°C

Güclü külək əsəcək

20.04.17 14:30 752
Güclü külək əsəcək
Aprelin 21-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 8-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Aprelin 22-də gün ərzində Bakı və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.
Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Aprelin 21-i gündüzdən 25-dək qərb, şimal-qərb küləyinin bəzi yerlərdə arabir güclü olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər