• cümə axşamı, 25 aprel, 02:21
  • Baku Bakı 19°C

Avstraliyanın xarici işlər naziri Rusiyanı Əsədə dəstəyi dayandırmağa çağırıb

10.04.17 10:45 900
Avstraliyanın xarici işlər naziri Rusiyanı Əsədə dəstəyi dayandırmağa çağırıb
Avstraliyanın xarici işlər naziri Culi Bişop Rusiyanı Qərb ölkələri ilə birlikdə Suriya problemini həll etmək üçün Prezident Bəşər Əsədə dəstəyi dayandırmağa çağırıb.
"Seven Network” telekanalının efirində çıxış edən C.Bişop deyib: "Bu narahat torpağa hər hansı sülh gətirəcək siyasi qərarın hazırlanması üçün Rusiyanın Əsədə dəstəyi dayandırmasının vaxtı çatıb”.
Nazir bildirib ki, Avstraliya hökuməti ABŞ-ın Əsədə dəstəyi dayandırması üçün Rusiyanı inandıra biləcəyinə ümid edir. C.Bişop ABŞ-ın Suriya hərbi bazasına zərbəsini kimyəvi silahla əlaqədar hadisəyə "müvafiq cavab” adlandırıb.
banner

Oxşar Xəbərlər