• çərşənbə axşamı, 23 aprel, 16:09
  • Baku Bakı 24°C

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

31.03.17 18:45 1030
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin ictimai-siyasi xadimləri, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri tərəfindən təbriklər gəlməkdə davam edir.
AZƏRTACxəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Vatikan Müqəddəs Taxt-Tacının Pontifik Şurasının sədri Canfranko Ravazi, BMT-nin Ərzaq Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva təbrik ediblər.
Xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə Azərbaycanın Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Fransanın "Thales Alenia Space” şirkətinin prezidenti Jan-Lö Qalle də təbrik məktubları ünvanlayıblar.
Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.
banner

Oxşar Xəbərlər