Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub
Azərbaycan Milli Məclisinin Novruz bayramı tətilindən sonra ilk plenar iclasının vaxtı məlum olub.
APA-nın məlumatına görə, iclas aprelin 7-də keçiriləcək.
İclasın gündəliyinə Cinayət, İnzibati Xətalar məcəllələrinə və bir sıra qanunlara dəyişikliklər, o cümlədən bir neçə sazişin ratifikasiyası daxildir.