• cümə, 26 Aprel, 09:17
  • Baku Bakı 12°C

Hava yağmursuz keçəcək, duman olacaq

14.03.17 15:30 534
Hava yağmursuz keçəcək, duman olacaq
Bakı və Abşeron yarımadasında martın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq.
Şimal-qərb küləyi ilə gündüz cənub-şərq küləyi əvəz olunacaq.
ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 86-95 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, martın 15-17-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər