• cümə axşamı, 25 aprel, 19:43
  • Baku Bakı 21°C

İlham Namiq Kamal Opera və Balet Teatrında çıxış edəcək

10.03.17 12:30 1001
İlham Namiq Kamal Opera və Balet Teatrında çıxış edəcək
Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan” tamaşası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, tamaşada Soltan bəy rolunda ilk dəfə xalq artisti İlham Namiq Kamal çıxış edəcək.Tamaşada digər rollarda xalq artistləri Fidan Hacıyeva (Asya), Gülyaz Məmmədova (Telli), əməkdar artistlər İnarə Babayeva (Gülçöhrə), Fərid Əliyev (Əsgər), Gülüstan Əliyeva (Xala), Ələkbər Əliyev (Vəli), aparıcı solist Tural Ağasıyev (Süleyman) çıxış edəcəklər.
Tamaşanı Əyyub Quliyev idarə edəcək.
Qeyd edək ki, xalq artisti İlham Namiq Kamal Dövlət Musiqi Teatrının aktyorudur.
banner

Oxşar Xəbərlər