AZE | RUS | ENG |


İlham Namiq Kamal Opera və Balet Teatrında çıxış edəcək

İlham Namiq Kamal Opera və Balet Teatrında çıxış edəcək
Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan” tamaşası nümayiş olunacaq.
 
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Soltan bəy rolunda ilk dəfə xalq artisti İlham Namiq Kamal çıxış edəcək. Tamaşada digər rollarda xalq artistləri Fidan Hacıyeva (Asya), Gülyaz Məmmədova (Telli), əməkdar artistlər İnarə Babayeva (Gülçöhrə), Fərid Əliyev (Əsgər), Gülüstan Əliyeva (Xala), Ələkbər Əliyev (Vəli), aparıcı solist Tural Ağasıyev (Süleyman) çıxış edəcəklər.
 
Tamaşanı Əyyub Quliyev idarə edəcək. 
 
Qeyd edək ki, xalq artisti İlham Namiq Kamal Dövlət Musiqi Teatrının aktyorudur.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6699
GBP 1 İngilis funt sterlinqi 2.3661
TRY 1 Türk lirəsi 0.4512
KWD 1 Küveyt dinarı 5.6551
SEK 1 İsveç kronu 0.2123
EUR 1 Avro 2.0849
CHF 1 İsveçrə frankı 1.7768
USD 1 ABŞ dolları 1.7001