• cümə, 29 Mart, 18:09
  • Baku Bakı 14°C

Polşa Seyminin deputatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

27.02.17 12:40 628
Polşa Seyminin deputatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Polşa Seyminin deputatı Silvestr Xruş Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.
APA-nın məlumatına görə, bəyanatda deyilir:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dərk edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bildirirəm.BMTTəhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Dağlıq Qarabağ Muxtar Respublikası kimi Azərbaycanın ərazi bütövlüyü sərhədləri çərçivəsində yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu tanıyaraq,ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkə rəhbərləri səviyyəsində dəfələrlə qeyd etdiyi kimi mövcud "status-kvo”nun təhlükəli olmasını, qəbuledilməzliyini və qeyri dayanıqlığını nəzərə alaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən 7 rayonunun işğaldan azad edilməsinin uzunmüddətli sülh və münaqişənin mərhələli həlli üçün vacib başlanğıc olduğunu vurğulayaraq,ATƏTMinsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, Münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək mən, Silvestr Xruş bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”.
banner

Oxşar Xəbərlər