• cümə axşamı, 18 aprel, 19:09
  • Baku Bakı 21°C

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

26.02.17 13:45 767
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Fevralın 26-da Azərbaycan prezidentiİlham ƏliyevTürkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
APA-nın xəbərinə görə, dövlət başçısı prezidentRəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində ona uğurlar və möhkəm can sağlığı arzulayıb. Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezidentİlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.
Prezidentlər ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişafına əminlik ifadə ediblər.
banner

Oxşar Xəbərlər