• cümə, 19 Aprel, 15:34
  • Baku Bakı 25°C

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

04.02.17 15:00 1001
Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Fevralın 5-dəBakıda və Abşeron yarımadasındahavadəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 5-9° isti,Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 70-80%, gündüz 65-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta,gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər