• cümə, 26 Aprel, 11:57
  • Baku Bakı 12°C

Hava şaxtalı olacaq, yollar buz bağlayacaq

02.02.17 15:15 1148
Hava şaxtalı olacaq, yollar buz bağlayacaq
Fevralın 3-də Bakıda və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya bildirilib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacaq. Bakıda gecə 0-2° şaxta, gündüz3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 3-4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zənginhavaşəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarındahavaşəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər