• şənbə, 27 Aprel, 00:15
  • Baku Bakı 14°C

Yol polisi sürücülərə müraciət edib

01.02.17 16:15 733
Yol polisi sürücülərə müraciət edib
Yol polisi yolların buz bağlaması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsindənAPA-ya verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyəolunur.
Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlıhava">havaşəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı, "ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə etməməyi, nəqliyyat vasitələrinin hərəkət sürətinihava">havaşəraitinə uyğun seçməyitövsiyə edib. Əks təqdirdə,nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılmaqla sürücü inzibati məsuliyyətə cəlb ediləcək.
Məlumatda həmçinin bildirilir ki,son günlər aparılan müşahidələr göstərir ki, asfalt örtüyünün buz bağladığı vaxtlarda yolun hərəkət hissəsində qalmaqla başqa hərəkət iştirakçılarının, xüsusilə təcili tibbi yardım, qəza-xilasetmə və digər operativ nəqliyyat vasitələrinin də çağırış yerinə getməsinə mane olan avtomobillərin əksəriyyəti texniki cəhətdən nasaz olan, qış mövsümünə uyğun olmayan və protektorları yeyilmiş şinlərlə təchiz edilmiş nəqliyyat vasitələridir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gecə respublika ərazisində şaxta olacağını və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.
banner

Oxşar Xəbərlər