• cümə, 19 Aprel, 16:49
  • Baku Bakı 25°C

Sabah hava küləkli olacaq

24.01.17 13:20 977
Sabah hava küləkli olacaq
Yanvarın 25-dəBakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, gündüz bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun gecə 1-3° isti, gündüz 7-10° isti,Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək770 mmcivə sütunundan764 mmcivə sütununa enəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 25-i axşamadək Abşeron yarımadasında arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, 26-da mülayim xəzri küləyi əsasən əlverişlidir.
Azərbaycanın rayonlarındahavaşəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Gün ərzində bəzi qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacaq.
banner

Oxşar Xəbərlər