• cümə, 29 Mart, 09:20
  • Baku Bakı 5°C

ATƏT cəbhədə monitorinq keçirib

12.01.17 14:33 895
ATƏT cəbhədə monitorinq keçirib
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 12-dəFüzulirayonunun Aşağı Veysəlli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.
Müdafiə NazirliyindənAPA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi mayor Cavit Elyas, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində şəxsi nümayəndənin səhra köməkçisi Piter Şvedberq və YSPQ-in rəhbəri polkovnik Hans Lampalzer keçiriblər.
banner

Oxşar Xəbərlər