• şənbə, 20 Aprel, 02:32
  • Baku Bakı 15°C

2017-ci ilin fəal deputatları

18.01.18 11:11 641
2017-ci ilin fəal deputatları
Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2017-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün qurum üzvləri - parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında rəy sorğusu keçirib.
PJB-nin sədrmüavini Aqil Aslanın "Kaspi.az"a verdiyi məlumata görə, sorğu 4 nominasiya üzrə aparılıb.
Sorğu nəticəsində Milli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib.
Millət vəkilləriSiyavuş Novruzov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Məlahət İbrahimqızı, Zahid Oruc, Əflatun Amaşov və Tahir KərimliMilli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində fəal iştirak edən deputat nominasiyası üzrə qalib olublar.
Seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar siyahısındaQənirəPaşayeva,YevdaAbramov, ÇingizQənizadəvəFloraQasımovayer alıb.
Ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar adını isə FuadMuradov, BaharMuradova, ZiyafətƏsgərov, CavanşirFeyziyev, AzayQuliyev, TahirMirkişili, EldarQuliyevvəSahibəQafarovaqazanıb.
Qanunvericlik təşəbbüsü ilə çıxış edən deputatlardanVahidƏhmədov, ƏliMəsimlivəMusaQuliyevdigər həmkarlarından fərqlənərək bu nominasiyanın qalibi olublar.
banner

Oxşar Xəbərlər