• çərşənbə axşamı, 23 aprel, 10:36
  • Baku Bakı 20°C

2017-ci ilin ən yaxşı hekayələri

18.12.17 17:27 7455
2017-ci ilin ən yaxşı hekayələri
Gündəlik qayğıların arasında bizə rahatlıq və komfort vəd edən hekayələr oxumaq yəqin ki, müasir insan üçün böyük qaznacdır. "HuffingtonPost”-da yer alan xəbərə görə, insanı iş həyatının monoton rejimindən, şəhər mühitinin boz və dar fəaliyyət çərçivəsindən qoparıb, ona yeni pəncərələr açan, dərin mənəvi zövq aşılayan əsərlər tapmaq hekayə, roman kimi rəqabətin güclü olduğu janrlarda çox asandır. Rəqabət güclü olduğu üçün hamı ortaya daha yaxşı, oxunaqlı, iddialı əsər qoymağa çalışır. Fərdi mənafelər isə ictimai mənfəətə xidmət edir. İlin sonlarına doğru sürətlə paylaşılan siyahıları paylaşırıq. Bu dəfə isə Kler Fallon, Katerin Bruks və Gilian Keypvelin "İlin ən yaxşı hekayələri” başlığı ilə apardığı oxucu sorğuları nəticəsində hazırladığı siyahını təqdim edirik.
· Katerina Leysi – "Cavablar” ("The answers”)
· Hari Kunzru – "Bəyaz yaşlar” ("White tears”)
· Seleste NG – "Hər yeri bürüyən kiçik alovlar” ("Little fire everywhere”)
· Alissa Natinq – "Eşq üçün doğulmuş” ("Made for love”)
· Zinzi Klemmons – "İtirdiklərimiz” ("What we lose”)
· Qeyb Habaş – "Stefen Florida” ("Stephen Florida”)
· Ottessa Moşfeq – "Başqa dünyanın həsrəti” ("Homesick for another world”)
banner

Oxşar Xəbərlər