• şənbə, 20 Aprel, 17:37
  • Baku Bakı 23°C

2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kəsirsiz olacaq

08.12.16 13:05 1259
2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kəsirsiz olacaq
2017-ci il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 3,4 milyard manat həcmində proqnozlaşdırılır. Bu, 2016-cı il üçün olan göstəricidən 100 milyon manat çoxdur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında 2017-ci il və növbəti üç il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyasının müzakirələri zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, bu artımın əsas hissəsi sosial sığorta ödənişlərinin artması ilə bağlıdır.
banner

Oxşar Xəbərlər