2017-ci ildə Azərbaycandan 7,5 milyard kubmetr təbii qaz ixrac edilib
Ötən ilin yanvar-dekabr aylarında Azərbaycandan 7 milyard 543 milyon 483 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK)AZƏRTAC-a verilən məlumata görə, 2017-ci ildə ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 193 milyon 712 min ABŞ dolları təşkil edib.