• şənbə, 20 Aprel, 16:37
  • Baku Bakı 23°C

2017-ci il dünyada “Beynəlxalq davamlı turizm ili” kimi qeyd ediləcək

01.01.17 14:15 1210
2017-ci il dünyada “Beynəlxalq davamlı turizm ili” kimi qeyd ediləcək
BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada "Beynəlxalq davamlı turizm ili” elan edib.
AZƏRTACDünya Turizm Təşkilatının rəsmi saytına istinadla xəbər verir ki, "Beynəlxalq davamlı turizm ili”nin rəsmi açılışı yanvarın 18-də İspaniyanın Madrid şəhərində olacaq. 2017-ci ildə beş mühüm sahədə, o cümlədən hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolunu təşviq edəcək.
banner

Oxşar Xəbərlər